Moldova Avropa Birliyinin (AB) Security Action for Europe (SAFE) yenidən silahlanma proqramı çərçivəsində İtaliyadan kreditlə hərbi texnika almaq qərarına gəlib.
Herbiand.az xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosatıy "Jurnal TV"-də bildirib.
"Biz İtaliya sənayesi tərəfindən istehsal olunan hərbi texnikanın Rumıniya ordusu ilə birgə alınması üçün SAFE proqramına çıxış haqqında müqavilə imzalayacağıq", - nazir bildirib.
O, milli ordu üçün Italian Defense Vehicle yük maşınlarının alınacağını dəqiqləşdirib: “Onlar köhnə sovet modellərini əvəz etmək və əsgərlərin təlimi üçün istifadə etmək üçün nəzərdə tutulub”.
Bəxtiyar CƏFƏRLİ