Advertisment

General Ukrayna rəhbərliyini yalan danışmaqda ittiham edib

Ukrayna orsusunun xüsusi əməliyyat qüvvələrinin keçmiş komandan müavini, general Sergey Krivonos Ukrayna rəhbərliyini cəbhədəki uğursuzluqları ört-basdır etməkdə günahlandırıb.

Herbiand.az bildirir ki, general bu açıqlamanı "Fabrika novostey" YouTube kanalında verib.

Onun sözlərinə görə, Ukrayna mediası tez-tez Rusiya qoşunlarının irəliləməsi və onların apardığı əməliyyatlardan bəhs etmir: “Ölkənin informasiya məkanı yalnız hakimiyyətə fayda verən həqiqət hissəsini təqdim edir. Düşmənin isə irəliləməsi, hücum imkanlarına malik olması və vacib infrastrukturumuzu sistematik şəkildə məhv etməsi tamamilə nəzərə alınmır".

Bundan əlavə, Krivonos Ukrayna hakimiyyətini "Fire Point" şirkətinin raketləri haqqında məlumatları təhrif etməkdə günahlandırıb: “Kiyev onların Rusiyaya atılması barədə məlumat verir, lakin onların "demək olar ki, heç nə aşkar etmədiyini" qeyd etmir”.

Bəxtiyar CƏFƏRLİ