Polşanın şərqində hava həyəcanı elan olunub, ölkənin hava məkanına raketin daxil olduğu ehtimal edilir.
Herbiand.az xəbər verir ki, bu barədə “Radio Lublin” məlumat yayıb.
Məlumata görə, Lublin şəhərində hava həyəcanı siqnalları işə salınıb və sirenlər səsləndirilib.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı sosial şəbəkədə yaydığı açıqlamada hazırda vəziyyətin araşdırıldığını bildirib.
Qeyd olunub ki, Polşanın hava məkanının naməlum uçuş obyektləri tərəfindən pozulması ehtimalı ilə əlaqədar Hökumətin Təhlükəsizlik Mərkəzinə hava təhlükəsi barədə məlumat verilib.
Komandanlıq potensial təhlükəyə qarşı zəruri tədbirlərin görüləcəyini də vurğulayıb.
Xatırladaq ki, ötən ilin sentyabrında Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ehtimal edilən Rusiya pilotsuz uçuş aparatını vurmağa çalışarkən istifadə etdiyi ABŞ istehsalı raket Polşa ərazisindəki evə düşmüşdü.
Aydın
Hebriand.az