Advertisment

Rusiya Polşanın bu addımına reaksiya verib

Polşanın Patriot hava hücumundan müdafiə raket sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirməsi Rusiya ilə münasibətlərdə gərginliyə səbəb olmaq cəhdidir.

Herbiand.az xəbər verir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini senator Qriqori Karasin bildirib.

"Çox kədərli xəbərdir. Bu, Avropadakı münasibətlərə şübhə salmaq, o cümlədən, əlbəttə ki, bizimlə münasibətlərdə süni gərginliyə səbəb olmaq cəhdidir. Bu, çox güman ki, doğrudur", - Karasin deyib.

Senator əlavə edib ki, hadisəni şifahi təxribat hesab edir: "Biz bu yaxınlarda əsl terror hücumlarını media təxribatlarından ayırmağı öyrəndik".

Bəxtiyar CƏFƏRLİ