Böyük Britaniya Rusiya, Çin, İran və Şimali Koreyaya qarşı kiberməkanda hücum xarakterli əməliyyatlar həyata keçirir.
Bu barədə Britaniya Silahlı Qüvvələrinin Kiberəməliyyatlar və Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri, general Robert Maqauen “Sky News“ telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, kiberməkan hərbi əməliyyatlarda getdikcə daha böyük əhəmiyyət qazanır və hərbi komandan kimi rəqibə təsir göstərmək üçün geniş vasitələrə malik olmaq istəyir.
Böyük Britaniyanın bu ölkələrlə kiber müharibə vəziyyətində olub-olmadığı barədə suala cavabında general bildirib ki, London nə müharibə, nə də sülh şəraitindədir: “Biz açıq münaqişə həddindən aşağıda, hibrid və ya “boz zona” adlandırılan məkandayıq”.
Maqauen təhdidin ciddi olduğunu və onun təzahürləri ilə hər gün qarşılaşdıqlarını vurğulayıb.