Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektorunda 14 milyard 288,8 milyon manatlıq gəlir əldə edilib.
Dövlət Statistika Komitəsindən Herbiand.az-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,2 faiz çoxdur.
Hesabat dövründə dəniz nəqliyyatı ilə daşınmış yüklərin 40,5 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 10 milyon 978,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. 2026-cı il noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 199,1 min ton olub.