Advertisment

Su-57 qırıcılarının ilk ixrac tədarükləri başa çatıb

Beşinci nəsil Su-57 qırıcılarının ilk ixrac tədarükləri artıq başa çatıb.

Herbiand.az xəbər verir ki, bu barədə Birləşmiş Aviasiya Korporasiyasının rəhbəri Vadim Badexa “Dzen” platformasındakı paylaşımında bildirib.

O, beynəlxalq bazarda Su-57 və 4++ nəsil Su-35 qırıcılarına ən çox tələbat olduğunu qeyd edib: "Su-57-lərin xarici müştərilərə ilk tədarükləri artıq başa çatıb. Bir neçə əsas müştəri artıq bu təyyarədə Korporasiya ilə əməkdaşlıq edir. Bizim onlarla möhkəm müqavilələrimiz var və başqa müqavilələr imzalanma prosesindədir".

Badexa vurğulayıb ki, Su-57 təyyarəsi beşinci nəsil qırıcılar üçün tələblərə tam cavab verir.

Bəxtiyar CƏFƏRLİ