ABŞ-da Bombard yeni hücum dronu hazırlanıb. Dron Rusiyanın “Geran” və İranın Shahed PUA-na oriyentasiya olunaraq düzəldilib.
Herbiand.az bildirir ki, Amerikanın Vector Defense şirkəti aparatı ilk dəfə 19 noyabrda Axios media şirkəti tərəfindən təşkil edilən Future of Defense sammitində ictimaiyyətə nümayiş etdirib.
Yeni dron təxminən 1094 kilometr məsafəni qət edə və saatda 378 kilometrə qədər sürətə çata bilər. Xüsusiyyətlərindən biri qatlanan qanadlardır. Bu dizayn dronun manevr qabiliyyətini artırır və toqquşma riskini azaldır.
Bəxtiyar CƏFƏRLİ