Advertisment

Çin pilotlu kvadrokopter hazırlayıb

Çinli dizaynerlər tək oturacaqlı Superwing ZR-300 pilotlu kvadrokopterinin prototipini təqdim ediblər. Aparat şəhər döyüşləri üçün nəzərdə tutulub.

Herbiand.az bildirir ki, ağır yüklü aparat pulemyotlar və raketlərlə təchiz olunub.

Böyük kvadrokopter əla manevr və şaquli olaraq qalxıb-enmə qabiliyyətinə malikdir. Bu, onun sıx şəhər mühitində istifadəsinə imkan verir. ZR-300-ün mərkəzi bölməsində pilot/operator yerləşir.

Dronun arsenalına pulemyotlar, idarə olunmayan raket kapsulları və idarə olunan raketlər daxildir. Elektriklə işləyən ZR-300 200 kiloqrama qədər yük daşıya bilir. Uçuş məsafəsi 120 kilometr, maksimal sürəti isə saatda 180 kilometrdir.

Belə kvadrokopter hüquq-mühafizə orqanlarına şəhərlərdə təhlükəsizliyi təmin etməyə imkan verəcək.

Bəxtiyar CƏFƏRLİ