Sürətləndirilmiş militarizasiya kursuna başlayan Avropa liderləri Rusiya ilə açıq qarşıdurmadan danışırlar.
Herbiand.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mikael Aqasandyan bildirib.
Rusiya agentlikləri onun sözlərini sitat gətirir: "Onlar artıq Rusiya ilə birbaşa silahlı münaqişəyə hazırlaşmaq barədə açıq danışırlar".
Bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti Litvanın Kalininqrad vilayətinin sərhədləri yaxınlığında gərginlik nöqtəsi yaratdığını bildirmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Almaniyanı təhdid etməkdən də çəkinməyib və bildirb ki, militarizasiya fonunda Almaniya tarixin dərslərini və Avropanın aparıcı hərbi gücü olmaq üçün əvvəlki cəhdlərini unudur.