Ukrayna əsgərləri kimə məxsus olduğunu aydınlaşdırmadan öz dronlarını da müntəzəm olaraq məhv edirlər.
Herbiand.az xəbər verir ki, döyüşçülər bu barədə Amerikanın Business Insider nəşrinə etiraf ediblər.
Ukrayna hərbçiləri nəşrə bildiriblər ki, qeyri-müəyyənlik anlarında gözləri önündəki istənilən dronlara atəş açmaqdan başqa çarələri yoxdur. Həmçinin, elektron müharibə sistemlərindən istifadə edərək bütün radiotezlikli dronları söndürürlər və ya fiber optik üzərində işləyən PUA-ların idarəetmə kabellərini kəsirlər.
Əsgərlər deyirlər ki, səmada tez-tez o qədər çox dron olur ki, bu da panikaya və çaşqınlığa səbəb olur.
Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri belə atəş nəticəsində neçə dronun itirildiyini dəqiqləşdirə bilməyiblər.
Bəxtiyar CƏFƏRLİ