Advertisment

Cecile Guidote-Alvarez: Biz dünyanın bütün uşaqları üçün təhlükəsiz və sağlam ətraf mühit uğrunda mübarizə aparırıq

Biz kollektiv şəkildə bir-birimizdən güc ala, bəşəriyyətə və "Ana Təbiət"ə qarşı zorakılığı dayandırmaq öhdəliyimizi gücləndirə bilərik.

Herbiand.az xəbər verir ki, bu sözləri Qlobal Cənub QHT Platformasının Baş Katibinin Sakit Okean regionu üzrə müavini Cecile Guidote-Alvarez qurumun ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, biz təslim olmuruq, əl çəkmirik, dünyanın bütün uşaqları üçün dinc, təhlükəsiz, təmiz və sağlam ətraf mühiti təmin etmək üçün mübarizə aparırıq. Siyasətçiləri xalqın səsini dinləməyə məcbur etmək bizim məsuliyyətimizdir.