Kubanın yanacaq ehtiyatları tamamilə tükəndiyini Energetika və Mədən naziri Visente de la O Levi çərşənbə, 13 may tarixində açıqlayıb.
Herbiand.az beynəlxalq mediaya istinadən xəbər verir ki, Kuba ABŞ-ın ölkəyə neft tədarükünün blokadası fonunda onilliklər ərzində ən pis elektrik kəsintiləri dalğası ilə üzləşib.
Reuters agentliyi xəbər verir ki, Visente de la O Levinin Kuba dövlət mediasına verdiyi məlumatda bildirib:
“Bizdə yanacaq tamamilə tükənib. Bizim heç bir ehtiyatımız yoxdur.”
Kuba Energetika Nazirliyinin rəhbərinin sözlərinə görə, bu həftə ölkədə elektrik kəsintilərinin tezliyi kəskin şəkildə artıb, Havana və ətraf ərazilərdə onların müddəti gündə 20-22 saata çatıb. Vəziyyət Kuba paytaxtında qida və dərman çatışmazlığı ilə daha da ağırlaşır.