Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyənin İstanbul şəhərində Fənər Rum Patriarxı Varfolomey ilə görüşüb.
Herbiand.az xəbər verir ki, Patriarxın dinlərarası dialoq, qlobal sülhün bərqərar olması istiqamətində səylərini yüksək qiymətləndirən Qafqazın şeyxi Azərbaycanda əsrlər boyu hökm sürən tolerant mühitdən bəhs edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən mədəniyyətlərarası dialoq bu gün ən yüksək mərhələdədir. Ölkəmiz mədəniyyətlər və dinlərarası dialoqun mərkəzi hesab olunur’”.
Azərbaycandakı dini tolerantlığı daim təqdir etdiyini söyləyən Patriarx bu ilin noyabr ayında Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatı iqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının bəşəriyyət üçün həlledici platforma olacağını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə etdilib, xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, şeyxülislam Allahşükür Paşazadə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin dəvəti ilə Avrasiya İqtisadi Zirvəsində iştirak məqsədilə Türkiyədə səfərdədir.