Britaniyanın Financial Times (FT) qəzeti şənbə günü, 5 iyul tarixində Moskvadakı qapalı diplomatik kanallar vasitəsilə müzakirələrdə iştirak edən bir mənbəyə istinadən bildirib ki, Rusiya, çox güman ki, 2027-ci ilin fevral ayına qədər Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlarda iştirak etməyəcək.
Herbiand.az xəbər verir ki, bu Rusiya Prezidenti Vladimir Putinin 2026-cı ilin sonuna qədər Donetsk vilayətinin qalan hissəsini ələ keçirmək əmri ilə əlaqəli ola bilər. Ukrayna Prezidenti Volodimir Zelenski əvvəllər bunu bildirmişdi və Ukrayna kəşfiyyatı ilə tanış olan və Rusiya lideri ilə əlaqə saxlayan müxtəlif mənbələr də bu məlumatı FT ilə bölüşüblər.