Böyük sualtı qayıq əleyhinə "Severomorsk" gəmisi Şimal Donanmasının əsas bazası olan Severomorskda uzun səyahətdən sonra qarşılanıb.
Herbiand.az bildirir ki, gəmi 5 dekabr 2025-ci ildə yola düşüb və 200 gündən çox müddətdə 35.000 dəniz milindən çox məsafə qət edib.
Bu müddət ərzində dənizçilər bütün tapşırıqları uğurla yerinə yetiriblər.
Gəminin uzunluğu 163,5 metrdir. Heyət 220 nəfərdən (29 zabit daxil olmaqla) ibarətdir.
Silahlanmaya səkkiz “Kinzhal” hava hücumundan müdafiə raket buraxılış qurğusu (64 raket), iki dörd konteynerli "Rastrub" raket-torpeda buraxılış qurğusu, RBU-6000 raket buraxılış qurğusu, AK-100 və AK-630M artilleriya qurğuları daxildir.
Bəxtiyar CƏFƏRLİ