Trampın dedikləri yox, etdikləri vacibdir.
Herbiand.az xəbər verir ki, bu fikirləri “Alman Dalğası”na müsahibəsində hazırda Tbilisidə həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bildirib.
Saakaşvili Trampı 1994-cü ildən tanıdığını və onun son hərəkətlərindən məmnun olduğunu bildirib.
“Bilirəm ki, bir çox ukraynalı onun açıqlamalarını bəyənmir, amma Ukraynaya silah satışına, Rusiyaya qarşı 21-ci Avropa sanksiya paketindən daha təsirli olan iqtisadi sanksiyalara, amerikalıların Rusiyanı Qafqazdan necə sıxışdırdığına baxın və Ronald Reyqandan bəri heç bir Amerika prezidentinin Rusiyaya qarşı bu qədər sərt davranmadığını başa düşəcəksiniz”.