Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin və Ermənistan Ali Ruhani Şurasının altı üzvü bu gün məhkəmə qarşısına çıxacaq.
Məlumata görə, ruhanilərə qarşı açılmış cinayət işi üzrə ilkin məhkəmə baxışı yerli vaxtla saat 15:00-da Armavir vilayətinin Birinci İnstansiya Məhkəməsində keçiriləcək.
Bildirilir ki, bu, həm Ermənistanın, həm də Erməni Apostol Kilsəsinin tarixində katolikosun məhkəmə qarşısına çıxarıldığı ilk hadisə kimi qiymətləndirilir.
Xatırladaq ki, 2026-cı ilin fevralında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb.
İstintaq çərçivəsində II Qaregin barəsində ölkədən çıxışın məhdudlaşdırılması barədə qərar qəbul edilib.