Advertisment

Dekabr ayında ABŞ ordusu ən son uzaqmənzilli raketlərin yeni partiyasını alacaq

Dekabr ayında ABŞ ordusu İrana qarşı ilk dəfə döyüşdə istifadə edilən yüksək dəqiqlikli PrSM raketlərinin böyük partiyasını alacaq.

Herbiand.az bildirir ki, bu barədə Pentaqon sənədlərində qeyd edilib.

Çatdırılma cədvəlinə əsasən, ABŞ ordusu 2024-cü maliyyə ilində sifariş edilən 518 raketdən 130-nu dekabr ayında alacaq.

Ümumilikdə, ABŞ ordusu birinci modifikasiyalı 3986 ədəd PrSM raketi almaq niyyətindədir. İstehsalın planlaşdırılan artımına baxmayaraq, ABŞ bu planı yalnız 2030-cu illərdə yerinə yetirə biləcək.

Bəxtiyar CƏFƏRLİ