Tehran ABŞ prezidenti Donald Trampın qorxutma strategiyasının tamamilə uğursuz olduğuna əmindir. İran tərəfi hesab edir ki, Vaşinqton sadəcə münaqişənin həlli ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.
Herbiand.az bildirir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf X sosial platformasında yazıb.
"Hədələmədən, pozulmuş vədlərdən və saxta xəbərlərdən təsir gücü kimi istifadə etmək uğursuz strategiyadır. Faktları etiraf edin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha çox teatr lazım deyil", - Qalibaf qeyd edib.
O, Trampın qeyri-sabit davranışına diqqət çəkib: “Son həftələrdə Amerika prezidenti gah İranı yeni kütləvi zərbələrlə hədələyir, gah da Tehranın dialoqa hazır olduğunu bəyan edir. Bu, təkrarlanan teatr diplomatiyasıdır”.
Bəxtiyar CƏFƏRLİ