Çin hakimiyyəti Cənubi Çin dənizində iki sahil mühafizəsi əsgərinin ölümünü rəsmi olaraq etiraf edib. Onların adları həlak olan qəhrəmanların milli siyahısına əlavə edilib.
Herbiand.az bildirir ki, bu barədə Bloomberg məlumat verib.
Ölənlər 21 yaşlı İ Sinyuy və 25 yaşlı Çen Lundur. Çinin Veteranlar İşləri Nazirliyi onların dəniz hüquqlarının qorunması missiyası zamanı ölümləri barədə məlumat yayıb. Nazirlik Çen Lunun ölümünü "faciəvi və qəhrəmancasına" adlandırıb, İ Sinyuy isə Cənubi Çin dənizində "cəbhə xəttində" əməliyyatda iştirak edirdi.
Hərbçilər 11 avqust 2025-ci ildə həlak olublar. Çin sahil mühafizəsi gəmisi Çin dəniz esminesi ilə toqquşub. İndiyə qədər Pekin toqquşmanı təsdiqləməyib.
Bəxtiyar CƏFƏRLİ