Advertisment

“Kalaşnikov”: AK-12 xüsusi hərbi əməliyyatlar zonasında ən tələb olunan silahdır

“Kalaşnikov” konserninin (“Rostex” dövlət korporasiyasının bir hissəsi) 2023-cü il modelli AK-12 avtomatı xüsusi əməliyyatlar zonasında ən populyar silah olub. Bu versiya artıq kütləvi istehsaldadır və qoşunlara təhvil verilib.

Herbiand.az xəbər verir ki, bu barədə “Kalaşnikov” konserninin baş direktoru Alan Luşnikov TASS-ın baş direktoru Andrey Kondraşovla müsahibəsində bildirib.

Luşnikovun sözlərinə görə, hazırkı AK-12 silahı üçüncü modifikasiyasıdır. Dizayn sınaq nəticələrinə əsasən təkmilləşdirilib, bundan sonra yenilənmiş versiya kütləvi istehsala buraxılıb.

Bəxtiyar CƏFƏRLİ