Rusiya və Ukrayna arasında döyüşlərdə həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsi baş tutub.
RBK-nın məlumatına görə, mübadilə çərçivəsində Rusiya tərəfi Ukraynaya 261, Ukrayna isə Rusiyaya 24 hərbçinin meyitini təhvil verib.
Bildirilib ki, bu, tərəflər arasında həlak olan hərbçilərin meyitlərinin mübadiləsi üzrə sonuncu prosesdən sonra həyata keçirilən növbəti mübadilədir.
Xatırladaq ki, əvvəlki mübadilə zamanı Rusiyaya 31, Ukraynaya isə 501 hərbçinin meyiti təhvil verilmişdi.