Qazaxıstanın Xəzər dənizi sektorunda fəaliyyət göstərən neft-qaz şirkətləri sorğu əsasında istehsal obyektlərinin yaxınlığında terrorla mübarizə üzrə dəniz əməliyyat qərargahının qüvvə və vasitələrinin yerləşdirilməsi üçün yer ayırmalı olacaq.
Herbiand.az “Kazinform”a istinadla xəbər verir ki, müvafiq tələbləri Qazaxıstanın Energetika Nazirliyi təsdiqləyib.
Ayrılan ərazi ən azı 10 əməkdaşın yerləşdirilməsi üçün nəzərdə tutulmalı, helikopter meydançasına malik olmalı və dənizdəki istehsal obyektlərindən 23 kilometrdən çox olmayan məsafədə yerləşməlidir. Qərargahın qüvvə və vasitələrinin istehsal obyektlərinin yaxınlığında mobil dəniz vasitələrində yerləşdirilməsinə də icazə verilir.
Qərargahın qüvvə və vasitələrinin yerləşdirilməsi və fəaliyyətinin təmin edilməsi ilə bağlı birbaşa xərcləri neft-qaz şirkətləri ödəyəcək. Bu xərclərə sənədlərlə təsdiqlənmiş məsrəflər daxil olacaq. Onların siyahısı, həcmi, çəkilməsi və ödənilməsi qaydası tərəflərin razılığı əsasında mülki qanunvericiliyə uyğun müəyyən ediləcək.
Əmr 2026-cı il oktyabrın 17-dən qüvvəyə minəcək.