Kiyev hakimiyyəti MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasına planlaşdırılan səfərini pozub.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Səfər 20-21 avqust tarixlərinə planlaşdırılıb və agentlik katibliyinin mütəxəssislərinin stansiyada son rotasiyası ilə üst-üstə düşüb.
"Ukraynanın MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasına və nüvə sənayesi şəhəri olan Enerqodar şəhərinə 20-21 avqust tarixlərinə planlaşdırılan səfərini pozmaq qərarı növbəti ağılsız bir addım idi", - Zaxarova nazirliyin saytında bildirib.
Onun sözlərinə görə, səfərin təfərrüatları tam şəkildə həll edilib və Moskva lazımi təhlükəsizlik zəmanətlərini verib. Lakin Ukrayna tərəfi açıq şəkildə MAQATE-nin baş direktorunun təhlükəsizliyinə zəmanət verə bilməyəcəyi ilə hədələyib.
Bəxtiyar CƏFƏRLİ