“Yüksəkdəqiqlikli sistemlər” Holdinqi (“Rostex”in bir hissəsi) Rusiya Müdafiə Nazirliyinə stasionar “Pantsir-SMD” sistemləri ilə yanaşı, “Pantsir-S” zenit-raket və top sistemlərinin daha bir partiyasını təhvil verib.
Herbiand.az bildirir ki, avadanlıq tələb olunan sınaqlardan keçib.
Qoşunlara təhvil verilən “Pantsir”lər müxtəlif növ düşmən hava hədəflərinə qarşı standart yer-hava raketlərindən (SAM), hipersəs SAM-lardan və qısa mənzilli SAM-lardan istifadə edə bilər.
Bəxtiyar CƏFƏRLİ