Advertisment

“Fars”: İranın neft satışından əldə etdiyi 7,5 mlrd. dollar Mərkəzi Banka köçürülüb

İranın neft satışından əldə etdiyi 7,5 mlrd. dollar Mərkəzi Bankın sərəncamına verilib.

Herbiand.az -ın xəbərinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Agentliyin İran Neft Nazirliyindən əldə etdiyi məlumata görə, cari ilin ilk dörd ayında İranın neft satışından əldə etdiyi 7,5 milyard dollar məbləğində valyuta vəsaiti ölkənin Mərkəzi Bankının təqdim olunub.

Bildirilib ki, bu məbləğ ötən ilin eyni dövründə qeydə alınan göstərici ilə müqayisədə 1,5 dəfə çoxdur.

Qeyd edilib ki, ilin ilk dörd ayında əldə olunan neft gəlirləri İran hökumətinin cari ilin sonuna qədər bütün valyuta xərclərini qarşılamağa kifayət edəcək.