Şəmkirdə bədbəxt hadisə baş verib.
Hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
APA