Advertisment

İsrail Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsinə razilıq verməyib – Netanyahunun ofisi

İsrail Baş naziri Binyamin Netanyahunun ofisi İsrailin siyasi rəhbərliyinin Qəzza zolağına beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verdiyi barədə məlumatları təkzib edib.

Baş nazirin ofisi açıqlamasında bildirib ki, "Məlumatların əksinə olaraq, siyasi rəhbərlik Qəzza zolağına beynəlxalq qüvvələrin yerləşdirilməsini təsdiqləməyib".

Bundan əlavə, Netanyahunun ofisi əlavə edib ki, "İsrail HƏMAS tamamilə tərksilah olunana qədər Qəzza zolağında heç bir yenidənqurma işlərinin aparılmayacağını açıq şəkildə bildirib".