Bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.
Nəticədə, “Hyundai”da olan 2 nəfər həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Hadisə nəticəsində ölən şəxslərin 60 yaşlı Elina Məmmədova və 1 yaşlı körpə olması müəyyənləşib.

