Advertisment

Kiyevdə matəm elan olundu

Kiyev meri Vitali Kliçko Rusiyanın Ukrayna paytaxtına böyük hücumunun qurbanlarının xatirəsinə 21 avqustu matəm günü elan etdi.

Bu baridi Kliçko 20 avqust cümə axşamı səhəri Telegram kanalında yazıb:

"Bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Paytaxtdakı həm dövlət, həm də özəl binalarda dövlət bayraqlarının endirilməsi də tövsiyə olunur".

Ukrayna prezidenti Volodymyr Zelenski də Rusiyanın hücumu barədə Telegram kanalında yazıb: "Bu, böyük bir zərbə idi - ruslar uzun müddət hazırlaşdılar və mülki infrastruktura maksimum ziyan vurmaq üçün müxtəlif növ ballistik raketlər, qanadlı raketlər və dronlarla hücum etdilər".