Polşa Cənubi Koreyadan yeni K2 Black Panther tankları alıb. Texnikalar Rusiyanın Kalininqrad vilayəti yaxınlığındakı hərbi bazada yerləşən bölməyə göndərilib.
Herbiand.az bildirir ki, bu məlumatı Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlayıb.
O, sözügedən müqavilənin 1 avqust 2025-ci ildə imzalanan K2 və K2PL modellərinə aid olduğunu deyib. Müdafiə nazirinin sözlərinə görə, artıq ölkəyə 28 ədəd K2 tankı gəlib. Onları 16-cı mexanikləşdirilmiş diviziyaya göndəriblər.
Bəxtiyar CƏFƏRLİ