Advertisment

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

Bu ilin yanvar-iyul aylarında SOCAR-ın Qaz İxrac İdarəsi 7,7 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,4 milyon dollar və ya 79,2 faiz azdır.

Herbiand.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında SOCAR-ın Qaz İxrac İdarəsi ixrac gəlirləri 37,1 milyon dollar olub.