Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
Gəmi Girnə şəhəri sahillərində, limandan ayrıldıqdan qısa müddət sonra, sahildən 4 mil (6,44 kilometr) uzaqlıqda öncə yana yatıb, daha sonra sürətlə batıb. Özəl şirkətə məxsus gəmi Girnə-Mersin marşrutu ilə hərəkət edirmiş.
Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstelin verdiyi son məlumata görə xilasetmə zamanı 237 nəfərin xilas edilib. 7 nəfərin öldüyü bildirilir. Hazırda 23 nəfərin axtarışı davam edir.