İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəisi Bred Kuperin açıqlamasına cavab verib.
Bu barədə o, sosial mediada yazıb.
“Bizim neft satmadığımız bölgədə kimsə neft sata bilməz”, - Qalibaf qeyd edib.
CENTCOM rəhbəri bundan əvvəl ABŞ ordusunun Hörmüz boğazını minaları tamamilə təmizlədiyini açıqlayıb. Kuper 50 min ABŞ hərbçisinin İrana qarşı dəniz blokadasına cəlb olunduğunu və Hörmüz boğazında təhlükəsiz hərəkəti təmin etdiyini deyib. O əlavə edib ki, gəmilər son aylarda ABŞ-nin köməyilə Bəsrə körfəzindən ümumilikdə 750 milyon barel neft daşıyıb.