Aparılacaq təmir işləri ilə əlaqədar Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Herbiand.az-a bildirilib ki, məhdudiyyət avqustun 28-i saat 22:00-dan təmir işləri bitənədək tətbiq ediləcək.
Sürücülərdən qeyd edilən müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.