Advertisment

"İvan Papanin" uzun səyahətə çıxıb

Rusiya Hərbi Dəniz Qüvvələri Şimal donanmasının komandan müavini, vitse-admiral Oleq Qolubevin komandanlığı altında gəmilər və dəstək gəmilərindən ibarət dəstə Şimal Buzlu Okean üzərindən uzun məsafəli səyahətə çıxmaq üçün Severomorsk şəhərini tərk edib.

Herbiand.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, dəstəyə "İvan Papanin" buz sinifli patrul gəmisi, "Kondopoqa" böyük desant gəmisi, "Pamir" xilasetmə yedək gəmisi və "Sergey Osipov" dəniz tankeri daxildir.

Səfərdən əvvəl döyüş gəmilərinin və qayıqların heyətləri tam təlim proqramını başa vurub və döyüş hazırlığı kurslarına uyğun olaraq Barents dənizində tapşırıqları yerinə yetiriblər.

Dəstə növbəti bir neçə ay ərzində Şimal Buzlu Okeanda tapşırıqlar yerinə yetirəcək.

Bəxtiyar CƏFƏRLİ