Finlandiya rus turistləri itirdikdən sonra ildə təxminən bir milyard avro itirir.
Herbiand.az xəbər verir ki, bu rəqəmi Finlandiya Naapuriseura assosiasiyasının sədri Yauri Varvikko açıqlayıb.
Finlandiya hakimiyyəti 2023-cü ildə sərhədi bağladıqdan dərhal sonra sərhədyanı şəhərlərdə iqtisadi problemlər başlayıb. Rusiyalı müştərilərə köklənən yerli müəssisələr müştəri axını ilə üzləşdilər və bağlanmaq məcburiyyətində qaldılar.
Bəxtiyar CƏFƏRLİ