Advertisment

Qırğız ekspert: Geosiyasi dəyişikliklər dönəmində ŞƏT-in Bişkek toplantısı çox mühüm hadisədir

Geosiyasi dəyişikliklər dönəmində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Bişkekdə keçirilməsi çox mühüm hadisədir.

Bunu açıqlamasında Qırğızıstanın “Insap Elim” ictimai fondunun direktoru Tolobek Beyşenbekov bildirib.

“Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Bişkekdə keçirilməsi çox mühüm hadisədir. Çünki bu gün geosiyasi dəyişikliklər yaşanır. Bu gün Bişkek şəhərində 16 dövlətin liderləri bir araya gəlir. Dəyişən dünyada hər bir dövlətin rolu necə olacaq? Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində müzakirələr əhəmiyyətlidir. Sülhün möhkəmləndirilməsi istiqamətində hər bir dövlətin öz mövqeyini ortaya qoyması, müəyyən işlər görməsi və birgə tədbirlər həyata keçirməsi vacibdir. Bu baxımdan Qırğızıstanın da özünəməxsus və layiqli mövqeyini ortaya qoyması, öz rolunu və nüfuzunu daha da gücləndirməsi mühüm əhəmiyyət daşıyır”, - Tolobek Beyşenbekov vurğulayıb.

APA