Advertisment

Müharibə yenidən qızışır: “Kütləvi köç istisna deyil”

İranla ABŞ arasında münasibətlər yenidən gərginləşib. “Söz atışması”nın yerini qarşılıqı hava zərbələri tutur. Müharibə yenidən qaynar fazaya daxil ola bilərmi? Siyasi təhlilçi Xəzər Teyyublu Herbiand.az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə ABŞ - İran qarşıdurmasının yenidən qızışması region üçün risklidir:

“Dünəndən etibarən ABŞ İrana aviazərbələr endirir. İran da buna cavab olaraq ABŞ-nin körfəz ətrafındakı hərbi bazalarını raket atəşinə tutur. Münaqişə getdikcə geniş arealı əhatə edəcəksə, İrandan mülki əhalinin qonşu dövlətlərə köçü istisna deyil. Hələki “kütləvi köç mütləq olacaq” demək tezdir”.

Siyasi təhlilçi deyib ki, Güney Azərbayan şəhərlərində vəziyyət pisləşsə, nəticə yaxşı olmayacaq: “Təbriz, Ərdəbil, Həmədan kimi iri şəhərlərdə durumun ağırlaşması ciddi fəsadlar yarada bilər. Azərbaycanlıların sıx yaşadığı yerlə bu şəhərlərdir. Təbriz sənaye şəhəridir, zavod və fabriklərdə minlərlə insan çalışır. Hərbi əməliyyatlar nəticəsində o müəssisələr dağılsa, işsizlər ordusu yaranacaq. Əhali daha dinc bölgələrə axın edəcək.

 

Herbiand.az