“Toğanalı” Kiçik Su Elektrik Stansiyasında (KSES) istismara verildiyi tarixdən bu ilin avqust ayınadək 27,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Herbiand.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Su elektrik stansiyalarının fəaliyyəti yaşıl enerjinin inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir.
Qeyd edək ki, Göygöl rayonunda Kürəkçay çayı üzərində yerləşən və ümumi gücü 4,1 meqavat olan “Toğanalı” kiçik Su Elektrik Stansiyası 2 il öncə - 2024-cü il sentyabrın 2-də istismara verilib.