Advertisment

Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb

Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Rusiya ərazisi üzərində mülki təyyarələrin uçuşlarını tamamilə qadağan etməyə çağırıb.

Bu barədə “Zerkalo nedeli” məlumat yayıb.

“Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ayrılmaz özünümüdafiə hüququnu həyata keçirərək, Rusiyanın terror hava hücumlarına lazımi cavab vermək məcburiyyətindədir. Rusiyanın təhrik etdiyi eskalasiya fonunda mülki təyyarələrin Rusiya Federasiyasının hava məkanında qalmasının xüsusilə yüksək risklərə səbəb ola biləcəyini başa düşürük. Bu, yuxarıda qeyd edilən təhlükə ilə bağlı qərəzsiz bir xəbərdarlıqdır”, - Ukraynanın infrastruktur naziri Kalaşnikin məktubunda deyilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanını qapadacaqları ilə bağlı Moskvanı təhdid edib.