Gün ərzində Rusiya ərazisində yüzlərlə pilotsuz uçan aparat (PUA) vurulub.
Herbiand.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Mazirliyi yayıb.
Məlumata görə, gün ərzində saat 8.00-dən axşam 20.00-dək Hərbi Hava Qüvvələri 238 Ukrayna PUA-sını zərərsizləşdirib. Qeyd olunur ki, PUA-lar əsasən Belqorod, Kursk, Orlov, Bryansk, Ryazan, Tambov və Kaluqa vilayətlərində vurulub.
Qara dəniz hövzəsində də analoji əməliyyatlar həyata keçirilib. Dağıntı və insan tələfatı haqqında məlumat verilmir. Ukrayna hərbi hava qüvvələrininə məxsus PUA-ların Zaporoje vilayətinin Vasilyevsk şəhərind yerləşən xəsətəxanaya zərbə endirdiyi iddia olunur.
Herbiand.az