Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb dövlətləri barədə sərt ifadələr işlədib. Herbiand.az xəbər verir ki, “Birinci kanal”ın “Böyük oyun” proqramına müsahibə verən nazir Qərbi “Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək istəməkdə” ittiham edib.
Nazirin sözlərinə görə, Qərb Ukraynanın 1991-ci il sərhədlərini bərpa etməklə bu ərazilərdə yaşayan rus mədəniyyətinə mənsub insanları “konslagerə” qaytarmaq istəyir. “Bunu “azğıncasına” istəyirlər”-deyə, Lavrov əlavə edib.
Qeyd edək ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə başlayıb. Həmin gün Rusiya suveren Ukrayna Respublikasının ərazisinə genişmiqyaslı hərbi müdaxiləyə başlayıb.
E.Cəfərli
Herbiand.az