Rusiya hərbi-sənaye kompleksi xüsusi hərbi əməliyyatlar üçün texnika istehsalını sürətlə artırmağa davam edir. Bu fonda Moskva Kiyevlə güzəşt tapmaqda getdikcə daha az maraqlı olur.
Herbiand.az bildirir ki, bu barədə "Voennaya xronika" Telegram kanalı yazıb.
Kanal qeyd edib ki, Rusiyanın hərbi-sənaye kompleksi gücləndikcə Kiyevin danışıqlar aparmaq üçün fürsət pəncərəsi sürətlə bağlanır: “Kiyev məqbul şərtlərlə sülh müqaviləsi bağlamaq üçün ən əlverişli fürsəti 2022-ci ildə əldən verib. Bu, o vaxtkı Britaniya Baş naziri Boris Consonun müdaxiləsi nəticəsində baş verib”.
Bəxtiyar CƏFƏRLİ