Advertisment

Rusiya HDQ-nin Şimal donanmasının dəstəsi Laptev dənizinə çatıb

Buz sinfinə aid "İvan Papanin" patrul gəmisi, "Kondopoqa" böyük desant gəmisi, "Pamir" xilasetmə yedək gəmisi və "Sergey Osipov" dəniz tankeri uzun məsafəli Arktika səyahəti zamanı Vilkitski boğazından keçərək Laptev dənizinə daxil olublar.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumata görə, boğazdan keçməzdən əvvəl marşrut boyunca buz şəraitini müəyyən etmək üçün hava kəşfiyyatı aparılıb: ““İvan Papanin” patrul gəmisindən Ka-29 helikopteri yuxarı qaldırılıb və onun heyəti Vilkitski boğazı üzərində hava kəşfiyyatı aparıb. Bəzi hallarda pilotsuz uçuş aparatlarının operatorları da hava kəşfiyyatı aparıblar”.

Rusiyanın Şimal donanmasının gəmiləri Arktikada naviqasiya təhlükəsizliyini və dəniz iqtisadi fəaliyyətini təmin etmək üçün bu cür səyahətləri müntəzəm olaraq həyata keçirir.

Bəxtiyar CƏFƏRLİ