Finlandiya Müdafiə Qüvvələrinin logistika komandanlığı və Marine Alutech Oy Ab gəmi istehsalçısı 18 ədəd yeni nəsil Watercat M12 desant gəmisinin tədarükü üçün müqavilə imzalayıblar.
Herbiand.az bildirir ki, müqavilənin dəyəri 25,2 milyon avrodur.
Tədarüklərin 2027-ci ildə başlaması və 2029-cu ilə qədər tamamlanması planlaşdırılır.
Satınalma, çoxsaylı arxipelaqlarda Finlandiya Hərbi Dəniz Qüvvələrinin sahil bölmələrinin hərəkətliliyini artırmaq məqsədi daşıyır. Qayıqlar personalın daşınması və arxipelaqda fəaliyyət göstərən dəniz bölmələri üçün loqistik dəstək tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Yeni nəsil qayıqların uzunluğu 14 metr, eni 3,7 metrdir. Heyəti iki nəfərdir və tək 12,7 mm-lik pulemyotla silahlanıb.
Bəxtiyar CƏFƏRLİ