Son illərdə xüsusu hərbi əməliyyat zonasındakı hərbçilər arasında xəsarətlərin təbiəti əhəmiyyətli dərəcədə dəyişib. Silah yaraları daha az baş verir.
Herbiand.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə “Mərkəz” qrupunun 27-ci qvardiya motoatıcı diviziyasının tibb bölməsinin rəisi Vyaçeslav Antonov məlumat verib.
Onun müşahidələrinə görə, son iki ildə əsgərlər arasında güllə yaraları tibb işçilərinin gündəlik həyatından demək olar ki, yoxa çıxıb, mina və partlayış xəsarətlərinin sayı isə xeyli artıb.
FPV dronlarının istifadəsi ayrı bir problemə çevrilib. Antonov izah edib ki, bu cür cihazlar əvvəllər daha az rast gəlinən və ənənəvi tibb praktikasına xas olmayan xəsarətlərə səbəb olur. Xüsusilə, boyun nahiyəsindəki yaralar qeydə alınıb.
Bəxtiyar CƏFƏRLİ