Advertisment

Sovet dövrünün məşhur kinostudiyasında yanğın baş verdi

Ukraynanın paytaxtı Kiyevdə Dovjenko adına kinostudiyanın ərazisində yanğın baş verib.

Herbiand.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası özünün “Telegram” kanalında məlumat yayıb.

“Kinostudiyanın ərazisində yanğın baş verib. İlkin məlumata görə, pavilyonlardan birində akkumulyatorlar yanır”,-məlumatda belə deyilir. Hadisə yerinə xilasetmə xidmətinin bölmələri göndərilib.

Qeyd edək ki, Sovet dövründə məşhur olan kinostudiya paytaxtın Şevçenkovski rayonunda yerləşir.

E.Cəfərli