Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cəmil Tuğayı qəbul edib.
Prezident sarayında baş tutan və mətbuata qapalı keçirilən görüş Tuğayın Ədalət və İnkişaf Partiyası (AKP) sıralarına qatılacağı ilə bağlı iddiaları yenidən gündəmə gətirib.
Görüşdən sonra açıqlama verən Tuğay İzmir şəhərinin gələcək inkişafına dair layihələr barədə dövlət başçısına məlumat verdiyini bildirib.
Bələdiyyə sədri Cəmil Tuğay qəbuldan əvvəl Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə də görüşüb.
Qeyd edək ki, Cəmil Tuğay bu il iyunun 18-də Cümhuriyyət Xalq Partiyası (CXP) sıralarından istefa verib və bələdiyyə sədrliyini müstəqil şəkildə davam etdirəcəyini açıqlayıb.
E.Cəfərli